Qarabağa dair 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra, bu günədək 167 Azərbaycan vətəndaşı mina partlayışından zərər çəkib, onlardan 33 nəfər həlak olub.
Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Fransanın Piyadalar Əleyhinə Minaların Aradan Qaldırılması üzrə Milli Komissiyasının (CNEMA) prezidenti səfir Jerar Şesnelin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edərkən bildirib.
“Bayramov Azərbaycan ərazilərinin bir hissəsinin 30 ilə yaxın davam edən işğalı və onun ağır nəticələrindən bəhs edib. O qeyd edib ki, Ermənistan ərazilərimizin məqsədyönlü şəkildə minalarla çirkləndirilməsi siyasətinə yönəlib və azad olunmuş ərazilərdə insan həyatına hədə törədən mina təhlükəsindən danışıb”.
Nazir əlavə edib ki, 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanandan sonra, əvvəlcə ümumiyyətlə mina xəritələrinin olmasını inkar edən Ermənistanın daha sonradan təqdim etdiyi kiçik qism mina xəritələrinin etibarlılığı yalnız 25% təşkil edir.
“10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatın imzalanmasından sonra,bu günədək 167 vətəndaşımız mina partlayışından zərər çəkib, onlardan 33 nəfər həlak olub, həlak olanlar arasında 2 nəfər jurnalist də var», - Bayramov qeyd edib.
Öz növbəsində, Fransanın nümayəndə heyəti Azərbaycan tərəfi ilə müvafiq sahədə əməkdaşlıq niyyətində olduqıarını ifadə ediblər.
«Tərəflər, həmçinin regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparıblar”, - XİN-dən bildiriblər. **
E.Şəfiyev