Azərbaycan hökuməti vətəndaşlarının hava nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxışına icazə verilən ölkələrin siyahısını genişləndirib.
“Nazirlər Kabinetinin qərarına əsasən, 2021-ci il 15 oktyabr tarixindən hava nəqliyyatı vasitəsilə 23 ölkənin vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir», - “İnterfaks-Azərbaycan”a hökumətdən məlumat verilib.
Siyahıya aşağıdakı ölkələr daxildir: Argentina, Avstraliya, Braziliya, Bruney Darüssalam, Cənubi Koreya, Çili, Ekvador, Kamboca Krallığı, Kosta Rika, Kuba, Küveyt, Qazaxıstan, Maldiv, Meksika, Mərakeş, Monqolustan, Monteneqro, Norveç Krallığı, Oman, Panama, Salvador, Uruqvay, Yeni Zelandiya.
Bununla bağlı baş nazir Əli Əsədov cümə günü “Xüsusi karantin rejiminin müddətinin uzadılması və bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı tədbirlər barədə” qərara dəyişiklik edilməsi ilə bağlı qərar imzalayıb.
Beləliklə, vətəndaşlarının Azərbaycana uçuşlara icazə verilən ölkələrin sayı 64-ə çatıb. **