Cümə günü Azərbaycan BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində açıq dinləmələrin ikinci günündə İrəvanın Bakıya qarşı iddiası çərçivəsində təminedici tədbirlərə dair Ermənistanın sorğusunu rədd etməyə çağırıb.
“Azərbaycan Respublikası məhkəməni təminedici tədbirlərə dair Ermənistan Respublikasının sorğusunu rədd etməyi təkidlə xahiş edir”, - “İnterfaks-Azərbaycan” agentliyi məlumat verir ki, bu barədə Azərbaycanın nümayəndəsi məhkəmədə dinləmələrin ikinci günü bəyan edib.
O qeyd edib ki, Ermənistan tərəfinin tələbləri “bu vəziyyətdə əsassız və yersizdir”.
Cümə axşamı və cümə günü məhkəmədə “İrqi ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılması haqqında” Beynəlxalq Konvensiyanın tətbiqi ilə bağlı işə (Ermənistan Azərbaycana qarşı) baxılıb.
Cümə günü BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində söz veriblər ki, Azərbaycana qarşı təminedici tədbirlərlə bağlı Ermənistanın sorğusunuda dair qərar mümkün olduğu qədər tez zamanda qəbul ediləcək.
“Qərar mümkün olduğu qədər tez zamanda qəbul ediləcək”, - hakim dinləmələrin sonunda deyib.
O izah edib ki, dəqiq tarix barədə hər iki tərəfə bir qədər sonra məlumat veriləcək.
Dünən Azərbaycan tərəfi BMT-nin Beynəlxalq Ədalət Məhkəməsində dinləmələr zamanı İrəvanı məhkəməyə doğru məlumatlar təqdim etməməkdə ittiham edib. Qeyd olunub ki, cəmiyyətimizdə etnik və mədəni müxtəlifliyin qorunması, qarşılıqlı hörmət və etimada əsaslanan birgə yaşayış mədəniyyətinin inkişafı Bakının dövlət siyasətinin əsas prioritetlərindən biridir. **