Özbəkistan Azərbaycanda müxtəlif istiqamətli məhsulların birgə istehsalının təşkili imkanını nəzərdən keçirir. Bu barədə Özbəkistanın Azərbaycandakı səfiriBahrom Aşrafxanov bəyan edib.
“Özbəkistan Azərbaycanı MDB məkanında perspektivli ticari-qitisadi tərəfdaş qismində nəzərdən keçirir və biz qarşılıqlı səmərəli əməkdaşlığın genişləndirilməsinə hazırıq”, - Aşrafxanov “Region Plus” jurnalına müsahibsində bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Onun sözlərinə görə, Özəbəkistan tərəfi son illərə ərzində iki ölkə arasında ticarət dövriyyəsində müsbət tendensiyaların müşahidə edilməsindən məmnundur. “İkiqat sevindiricidir ki, koronavirusla əlaqədar dünya iqtisadiyyatında böhran təzahürlərinə baxmayaraq, qarşılıqlı ticarət dövrüyyəsi müsbət nəticələr nümayiş etdirib. Bu trend cari il də öz məntiqli davamını əldə edib. 2021-ci ilin yanvar-avqust ayları ərzində ikitərıfli ticarətin hcmi 31,1% artıb. Lakin, bazanın aşağı olmasını nəzərə alaraq, düşünürəm ki, bizim hazırki göstəricilərlə qane olmağımız tezdir. Əksinə, biz ticarət dövriyyəsinin dəfələrlə artması üçün səylərimizi artırmalıyıq. Bunun üçün bütün zəruri şərait var, onların sırasında ölkələrimizdə yüksək keyfiyyətli məhsulların geniş növlərinin istehsalını da qeyd etmək olar”, - o qeyd edib.
Səfir vurğulayıb ki, hazırda Özbəkistan biznesi Azərbayucan iqtisadiyyatının inkişafında iştirak edir, misal üçün ipəkçilik və avtomobilqayırma sahələrində. “Hazırda Azərbaycan ərazisində trikotaj, toxuculuq, dəri ayaqqabı, elekton, eltron texnikası və digər məhsulların birgə istehsalının yaradılması məsələlərini nəzərdən keçiririk”, - diplomat əlavə edib.
Aşrafxanov qeyd edib ki, hazırda Bakı və Daşkənd əməkdaşlıq üzrə parlamentlərarası komissiyanın 11-ci iclasının, həmçinin Bakı şəhərində Made in Uzbekistan milli sərgisinin keçirilməsi üzərində iş aparırlar. “Əminəm ki, bu sərgidə Azərbaycanın işgüzar dairələrinin iştirakı iqtisadi əlaqələrin genişlənməsi nöqteyi-nəzərindən iki ölkənin biznesi arasında faydalı olacaq”, - səfir hesab edir.
Diplomat vurğulayıb ki, Daşkənd və Bakı həmçinin iki ölkə arasında hava əlaqəsinin bərpası, həmçinin uçuş coğrafiyasının genişləndrilməsi üçün fəal iş aparırlar. “Pandemiyadan əvvəl Azərbaycandan Özbıkistana illik turist axınının artımı yalnız 20% olub. Lakin koronavirus pandemiyası loqistika nöqteyi-nəzərindən müəyyən çətinlikləryaratdı. Buna baxmayaraq, hazırda biz bu məsələ üzərində işləyirik və əminəm ki, yaxın gələcəkdə Daşkən ilə Bakı arasında yenidən birbaşa uçuşlar yerinə yetiriləcək. Hətta, biz Özbəkistan və Azərbaycanın tarixi şəhərləri arasında hava əlaqəsini təşkil etmək niyyətindəyik. Axı qardaş Azərbaycanın bir çox nümayəndələri Buxara, Səmərkənd, Xiva kimi qədim və dünyaca məşhur şəhərləri öz gözləri ilə görüb və gözəlliklərindən həzz almaq istəyirlər. Eyni zamanda, sevinclə bildirməliyəm ki, Qəbələ, Quba, Gəncı, Şəki, Şuşa və digər şəhərlər daxil olmaqla, Azərbaycanın gözəl şəhərlərinə səfər etmək arzusunda olna həmvətənlərim də eyni hisslər keçirirlər”, - Aşrafxanov qeyd edib. **
A.Əzizov