Özbəkistan nəqliyyat sahəsində əməkdaşlıq üçün nöyük perspektivlərin olduğunu qeyd edir. Bu barədə Özbəkistanın Azərbaycandakı səfiriBahrom Aşrafxanov bəyan edib.
“Biz nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük perspektivlər görürük. (...) Düşünürəm ki, nəqliyyat sahəsində əməkdaşlığımız bundan sonra da genişlənəcək. Bu cür proqnozların əsasında cari ilin aprel ayında Özbəkistanın GSP+ preferensialar sisteminin iştirakçısı olması faktı durur. Bu, Avropa İttifaqı ölkələrinə rüsumsuz 6200 növ mal ixrac etmək imkanı verir. Bu ondan xəbər verir ki, ölkəmizin Avropaya ixrac etdiyi malların həcmi kəskin artacaq və ölkəmiz dəyəri və müddəti üzrə ən optimal çatdırılma marşrutlarından istifadə etmək niyyətindədir”, - Aşrafxanov “Region Plus” jurnalına müsahibsində bəyan edib. Bu barədə “İnterfaks-Azərbaycan” məlumat verir.
Səfir ümidvar olduğunu bildirib ki, Azərbaycan da Mərkəzi Asiyanın mərkəzində yerləşən və çox iri iqtisadi və strateji xarakterli imkanlara malik olan Daşkəndin potensialından istifadə etməkdə maraqlıdır. “Bununla əlaqədar qeyd etmək istərdim ki, Avrasiyanın iri nəqliyyat-tranzit potensialının açımasına yönələn Özbəkistan-Qırğızıstan-Çin, Məzəri-Şərif-Kabil-Peşəvər kimi dəmir yolları perspektivdə Azərbaycana Şərqi Asiya və Cənubi Asiya istiqamətində əlavə tədarük marşrutları verə bilər”, - o qeyd edib.
Onun sözlərinə görə, bundan əlavə, “Navoy” Azad İqtisadi Zona da iki ölkə arasaında nəqliyyat-lkommunikasiya sahəsində əməkdaşlığın dərinləşməsi üçün yaxşı təməl yaradır. “Avtomobil, dəmir yolları və aviasiya yollarının ən vacib kəsişməsində yerləşən Navoi şəhərinin aeroportu Cənub-Şərqi Asiya ölkələrini Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq, həmçinin Avropa kontinenti ölkələri ilə birləşdirir. Burada yeni istehsalat obyektlərinin inşası, qitələrarası aviadaşımaların həyata keçirilməsi üzrə iş perspektivdə xüsusilə Özbəkistan və Azərbaycan üçün əlverişli olacaq”, - Bahrom Aşrafxanov əlavə edib. **
A.Əzizov