Füzuli Hava Limanına beynəlxalq status verilib.
Oktyabrın 15-də Azərbaycan Respublikasınınbaş naziri Əli Əsədov müvafiq sərəncam imzalayıb.
Sərəncam Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin, Fövqəladə Hallar Nazirliyinin və “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) razılaşdırılmış təklifləri nəzərə alaraq verilib.
“Füzuli rayonunda tikintisi başa çatdırılmış Füzuli Hava Limanı beynəlxalq uçuşları yerinə yetirmək üçün müvafiq standartlara cavab verir», - sərəncamda qeyd olunur.
Sənədə əsasən, Xarici İşlər Nazirliyinə tapşırılıb ki, Füzuli Hava Limanına beynəlxalq status verilməsi barədə müvafiq beynəlxalq təşkilatlara məlumat göndərsin. **
A.Salayeva