16 oktyabr tarixində Tarif (qiymət) Şurasının növbəti iclasında “Elektrik enerjisininölkədaxilitariflərinintənzimlənməsi barədə” qərara dəyişikliklər daxil dilib. Bu barədə Tarif Şurasının rəsmi saytında məlumat verilir.
Dəyişikliklərə əsasən, “Azərenerji” ASC üzrə yeni topdansatış tarifi 6,6 qəpik/kVts təşkil edəcək (əvvəl – 5,7 qəpik/kVts).
Həmçinin, alüminium sənayesi üzrə gecə-gündüz tarifi artırılıb: 2,8 -5,8 qəpik/kVts-dan - 3,1-6,4 qəpik/kVts-dək.
“Əhali” kateqoriyası üçün mövcud tariflər də dəyişikliklər edilib. Belə ki, 200 kVts-dək (200 kVts daxil olmaqla) tarif 8 qəpik/kVts, 200 kVts-dan - 300 kVts-dək (300 kVts daxil olmaqla) - 9 qəpik/kVts, 300 kVts-dan çox - 13 qəpik/kVts təşkil edəcək.
Əvvəl 300 kVts-dək tarif 7 qəpik/kVts, 300 kVts-dan çox - 11 qəpik/kVts təşkil edirdi.
“Qeyri-əhali” kateqoriyasına aid olan abonenlər, xüsusilə ticarət və xidmət obyektləri 9 qəpik/kVts əvəzinə 11 qəpik/kVts, digər obyektlər 9 qəpik/kVts əvəzinə 10 qəpik/kVts ödəyəcəklər.
Dəyişikliklər 1 noyabr 2021-ci tarixindən qüvvəyə minir. **
A.Salayeva