Azərbaycan hökuməti 2022-ci ildə əməkhaqları, pensiya və müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin artırılması üçün təkliflərin hazırlanmasına başlayıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Nazirlər Kabinetindən məlumat verilib.
“Prezident İlham Əliyevin imzaladığı 16 oktyabr 2021-ci il tarixli “Əhalinin sosial rifahının qorunması sahəsində əlavə tədbirlər haqqında” Sərəncam əhalinin, xüsusilə həssas qruplardan olan vətəndaşların sosial rifahının qorunmasını təmin edir. Sərəncama əsasən, Nazirlər Kabinetinə əməkhaqlarının, pensiya və sosial müavinətlərin, təqaüdlərin və digər sosial ödənişlərin məbləğlərinin artırılması ilə bağlı 2022-ci ilin dövlət büdcəsi layihəsində müvafiq tədbirlərin əks etdirilməsi üçün təkliflər hazırlanması və dövlət başçısına təqdim edilməsi haqda tapşırıq verilib. Hökumət həmin təkliflərin hazırlanmasına artıq başlayıb”, - Nazirlər Kabinetindən qeyd ediblər. **