Azərbaycanda 4,2 milyondan çox şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Oktyabrın 16-na olan məlumata görə, 4 milyon 954,189 min nəfər birinci, 4 milyon 214,781 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 9 milyon 168,970 min təşkil edir.
2021-ci il avqustun 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 142,392 min nəfərdir. Beləliklə, oktyabrın 16-na əhalinin 41,5%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.**
A.Salayeva