NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi Xavyer Kolomina Azərbaycana səfər edəcək.
Səfəri barədə Kolomina Twitter hesabında məlumat verib.
"Növbəti həftə Qafqaza ilk səfərimi səbirsizliklə gözləyirəm. NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə yeni xüsusi nümayəndəsi kimi NATO-nun Qafqazla əməkdaşlığını intensivləşdirmək üçün Azərbaycana, Gürcüstana və Ermənistana səfər edəcəyəm", - o qeyd edib.
Kolomina 2021-ci ilin sentyabr ayında NATO baş katibinin Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi təyin olunub. O, bu vəzifədə Ceyms Appaturayı əvəzləyib. **
A.Salayeva