“Azərsu” ASC bazar günü Bakı şəhərinin bəzi ərazilərində içməli suyun verilməsində məhdudiyyət tətbiq edəcək. Bu barədə “İnterfaks-Azərbaycan”a ASC-nin mətbuat xidmətindən məlumat verolir.
“Xüsusilə, Tbilisi prospekti, Akademik Həsən Əliyev və Nəsib bəy Yusifbəyli küçələrinə içməli suyun verilməsində məhdudiyyət olacaq”, - mətbuat xidmətindən qeyd ediblər.
Bu tədbirlər magistral su xəttində aparılan təmir işləri ilə əlaqədardır. **
A.Salayeva