Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 17-də Füzuli rayonunda səfərdə olublar. Bu barədə dövlət başçısının saytındaməlumat verilir.
Səfər çərçivəsində prezident Füzuli-Ağdam avtomobil yolunun, işğal zamanı dağıdılmış Füzuli rayonunun Dövlətyarlı kəndində yeni “ağıllı kənd”in təməllərini qoyub.
Prezident və birinci xanım Füzuli Beynəlxalq Hava Limanında yaradılan şəraitlə tanış olublar.
Bundan əlavə, dövlət başçısı “Azərişıq” ASC-nin Füzuli şəhərində Rəqəmsal Yarımstansiya İdarəetmə Mərkəzinin təməlini qoyub.
Sonra İlham Əliyev və Mehriban Əliyeva Füzuli Mərkəzi Şəhər parkında yaradılacaq şəraitlə tanış olublar, burada ağac əkiblər. Dövlət başçısı ilk yaşayış binalarının təməlini qoyub.
Füzuli rayonuna səfər çərçivəsində prezident və birinci xanım rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüblər.
Dövlət başçısı Füzuli Memorial Kompleksinin və Füzuli şəhərinin təməl daşını qoyub. **
A.Salayeva