Prezident İlham Əliyev bəyan edib ki, 2022-ci ilin sonunadək “ağıllı kənd” konsepsiyası çərçivəsində Füzuli rayonunun Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq.
"Bu gün Dövlətyarlı kəndinin inkişaf konsepsiyası təsdiq edildi, təməli qoyuldu. “Ağıllı kənd” konsepsiyası əsasında Dövlətyarlı kəndində böyük yaşayış məntəqəsi yaradılacaq. Beş kəndi birləşdirən bu layihə, ümid edirəm ki, gələn ilin sonuna qədər keçmiş köçkünlərin sərəncamına veriləcək", - Əliyev bazar günü Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Dövlət başçısının sözlərinə görə, birinci mərhələdə 450 evin, ikinvci mərhələdə - daha 300 evin tikintisi planlaşdırılır.
Əliyev əlavə edib ki, bu gün Füzuli rayonunun baş planı təqdim olunacaq. **
A.Salayeva