Prezident İlham Əliyev Azərbaycan iqtisadiyyatının stabilləşdiyini qeyd edir.
"Bu gün Azərbaycan iqtisadiyyatı pandemiya böhranından sonra dirçəlib. 9 ayın rəqəmləri müsbətdir, iqtisadiyyat təxminən 5% artıb, sənaye də artıb, qeyri-neft sənayesi isə təxminən 20% artıb", - Əliyev bazar günü Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Həmçinin dövlət başçısı azad edilmiş ərazilərdə bərpa işlərinə də toxunub. Onun sözlərinə görə, bütün bu bərpa işləri böyük vəsait tələb etsə də, bunu öz imkanlarımız çərçivəsində həyata keçirəcəyik.
“Mən tam əminəm ki, bütün planlarımız maksimum qısa müddət ərzində həyatda öz əksini tapacaq, Qarabağ və Şərqi Zəngəzur nəinki Azərbaycanın, dünyanın ən gözəl yerlərindən birinə çevriləcək”, - prezident qeyd edib. **
A.Salayeva