“Azеrbaycan Vanhong Ceramics Co” MMC (Çinin “Wenzhou Wanhong Trading Co.” şirkətinin 100%-li törəmə müəssisəsi) Azərbaycanda keramik plitə istehsalı müəssisəsinin tikintisinə $40 milyon sərmayə yatıracaq. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Müəssisə Sumqayıt Kimya Sənaye Parkının (SKSP) ərazisində inşa olunacaq.
“Azərbaycan Wanhong Ceramics Co.” MMC SKSP-nin rezidenti kimi qeydiyyata alınıb.
““Azərbaycan Vanhong Ceramics Co.” MMC Sumqayıt Kimya Sənaye Parkının ərazisində investisiya dəyəri $40 milyon, illik istehsal gücü 15 milyon m2 olan keramik plitələr istehsal edəcək. Zavodda 400 nəfər daimi işlə təmin olunacaq”, - deyə məlumatda bildirilir.
Məhsulların daxili bazarla yanaşı, xarici ölkələrə ixrac edilməsi nəzərdə tutulur.
Dövlət Vergi Xidməti (DVX) iyulun 12-də “Azеrbaycan Vanhong Ceramics Co” MMC-ni dövlət qeydiyyatına alıb. Şirkətin nizamnamə kapitalı $2,8 milyona bərabərdir. Rəsmi nümayəndəsi Çin vətəndaşı Vanq Zhiyidir.*
B.Rüstəmbəyov