Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Qətərin baş nazirinin müavini və xarici işlər naziri şeyx Məhəmməd bin Əbdülrəhman Al-Tani bu gün ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin aradan qaldırılması haqqında saziş imzalayıblar. Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva məlumat verib.
““Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında ümumvətəndaş pasportlara malik şəxslər üçün viza tələbinin qarşılıqlı aradan qaldırılması haqqında” saziş imzalanıb”, - deyə o bildirib.*
E.Şəfiyev