Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz. Bunu Prezident İlham Əliyev deyib.
“Bizi həm müharibədən əvvəl, həm müharibə zamanı, həm də bəziləri müharibədən sonra hədələməyə çalışırdılar və çalışırlar. Amma bütün bu səylər puça çıxdı”, - deyə dövlət başçısı Füzuli rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
Onun sözlərinə görə, heç kim Azərbaycanın iradəsini əyə bilməz.
“Biz öz ləyaqətimizi, öz qürurumuzu, öz müstəqilliyimizi heç kimə güzəştə getməyəcəyik. Bunu hər kəs bilsin. Bizi hədələməyə çalışanlar indi haradadırlar, hər kəs bilir. Hamı üçün dərs olmalıdır, ibrət olmalıdır. Azərbaycanla diktat dili ilə, hədə-qorxu dili ilə heç kim danışa bilməz”, - deyə İ.Əliyev vurğulayıb.*
A.Əzizov