2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycandan ixrac edilən qazın həcmi 14 milyard 927 milyon 128,82 min kubmetr təşkil edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 47% çoxdur. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Gömrük Komitəsindən (DGK) məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixracın ümumi həcminin 20,17%-i (2020-ci ilin yanvar-sentyabr aylarında 17,88%) qaz ixracının payına düşüb.
Azərbaycandan ixrac olunan qazın dəyəri $2 milyard 951 milyon 453,24 min (artım 56%) təşkil edib.
2021-ci ilin yanvar-sentyabr aylarında Türkiyəyə $1 milyard 206 milyon 735,62 min dəyərində 7 milyard 832 milyon 926,6 min kubmetr, Gürcüstana $280 milyon 998,2 min dəyərində 2 milyard 261 milyon 574,34 min kubmetr qaz ixrac edilib.
Qeyd olunan dövrdə İtaliyaya $1 milyard 267 milyon 989,55 min dəyərində 3 milyard 995 milyon 423,01 min kubmetr, Yunanıstana $163 milyon 782,07 min dəyərində 501 milyon 732,34 min kubmetr, Bolqarıstana $25 milyon 518,22 min dəyərində 166 milyon 077,57 min kubmetr qaz ixrac edilib. Beləliklə, 9 ay ərzində Avropaya $1 milyard 457 milyon 289,84 min dəyərində 4 milyard 663 milyon 232,92 min kubmetr həcmində qaz ixrac edilib.
Bundan əlavə, Azərbaycan İrana $6 milyon 429,57 min dəyərində 169 milyon 394,96 min kubmetr qaz ixrac edib.
Azərbaycan 2020-ci il dekabrın 31-dən Avropaya qaz nəqlinə başlayıb. 2021-ci ildə Avropaya 5-5,5 milyard kubmetr Azərbaycan qazının ixrac edilməsi planlaşdırılır.*
N.Abbasova