“Xalq Bank” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 5,6% – 2 milyard 221,242 milyon manata qədər azaldıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
30 sentyabr 2021-ci il tarixinə bankın kredit portfeli 1 milyard 413,848 milyon manata (2020-ci ilin sonuna olan göstərici ilə müqayisədə azalma 4,2%) bərabərdir.
Sentyabr ayının sonuna bankın öhdəlikləri 1 milyard 776,342 milyon manat (azalma 7,3%), depozit portfeli 1 milyard 426,132 milyon manat (azalma 10,3%) təşkil edib.
30 sentyabr 2021-ci il tarixinə "Xalq Bank"ın kapitalı 444,9 milyon manata (artım 1,9%), nizamnamə kapitalı 364 milyon 772,54 min manata (dəyişməyib) bərabərdir.
Hesabat dövründə fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 14 milyon 243,46 min manat (azalma 45,1%) təşkil edib.
"Xalq Bank" fəaliyyət üçün lisenziyanı 2004-cü il dekabrın 30-da alıb və aktivlərinin həcminə görə ölkənin 4-cü aparıcı bankıdır. Bankın səhmdarları üç hüquqi şəxsdir.*
X.Nəsirzadə