Azərbaycanda koronavirus infeksiyasına 1245 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 503,452 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 1896 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 13 nəfər (ötən gün 19 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6778 nəfərə çatıb.
Virusa yoluxmuş 478,812 min nəfər (sutka ərzində +409) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 17 min 862 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 7153 (ötən gün 11261 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 32,555 min test aparılıb.*
X.Nəsirzadə