Ermənistan baş nazirinin müavini Mher Qriqoryan oktyabrın 20-də Moskvaya səfər edəcək. Bu barədə Ermənistan hökumətinin mətbuat xidmətindən məlumat verilib.
M.Qriqoryan jurnalistlərə bildirib ki, Moskvada Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının açılması üzrə üçtərəfli İşçi Qrupun iclasında iştirak edəcək.
“Regiondakı kommunikasiyaların blokadadan çıxarılması çərçivəsində dəmir yolunun açılması ilə bağlı müəyyən fikirlər formalaşıb. Biz avtomobil yollarının açılması məsələsini də müzakirə etməliyik. Ermənistanın prioriteti - bütün nəqliyyat əlaqələrinin tamamilə açılmasıdır”, - deyə o qeyd edib.*