2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda sahibkarlara 60,9 milyon manat güzəştli kredit verilib. Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Facebook hesabında yazıb.
Onun sözlərinə görə, kreditlər 1,152 min investisiya layihəsinin maliyyələşdirilməsinə verilib. Bu kreditlərdən yararlanmaqla investisiya layihələrinın reallaşdırılması 1,8 minə yaxın yeni iş yerinin açılmasına imkan yaradacaq.
2020-ci ildə Azərbaycanda sahibkarlara 127 milyon manat güzəştli kredit verilib.
Azərbaycanda güzəştli kreditlər 3 il müddətinə 5 min manatdan 50 min manatadək, 5 il müddətinə 50 min manatdan 1 milyon manatadək və 10 il müddətinə 1 milyon manatdan 10 milyon manatadək məbləğdə illik 5%-lə verilir.*
B.Rüstəmbəyov