Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Avropa İttifaqının xüsusi nümayəndəsi Toivo Klaarı qəbul edib. Bu barədə dövlət başçısının saytında məlumat verilir.
Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının inkişaf perspektivləri müzakirə edilib.
Klaar Avropa İttifaqının regionda sabitliyin və sülhün möhkəmləndirilməsi, etimad mühitinin formalaşdırılması işinə töhfə verməyə hazır olduğunu vurğulayıb.
Görüşdə Avropa İttifaqının Azərbaycanla əməkdaşlığın inkişafına önəm verdiyi vurğulanıb, Azərbaycanın Avropa İttifaqının etibarlı tərəfdaşı olduğu bildirilib.
Klaar bu ilin iyul ayında Prezident İlham Əliyevlə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında keçirilən görüşün Azərbaycan-Avropa İttifaqı əlaqələrinin inkişafına mühüm töhfə verdiyini qeyd edib.
Söhbət zamanı, həmçinin Şərq Tərəfdaşlığının qarşıdan gələn Zirvə toplantısı barədə fikir mübadiləsi aparılıb.*
X.Nəsirzadə