2021-ci ilin yanvar-sentyabr aylarında Azərbaycanda 25 milyon 868 min ton neft (qaz-kondensatla birlikdə) hasil edilib ki, bu da ötən ilin müvafiq dövrünün göstəricisindən 0,9% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Bundan əlavə, 25 milyon 820,5 min ton əmtəəlik neft (kondensatla birlikdə) hasil edilib. Azalma 0,7% təşkil edib.
Hesabat dövründə Azərbaycanda 31 milyard 693,5 milyon kubmetr qaz (artım 15,1%), 23 milyard 398 milyon kubmetr əmtəəlik qaz (artım 19,3%) hasil edilib.
2020-ci ildə Azərbaycanda 34 milyon 585,4 min ton neft (qaz-kondensatla birlikdə), 36 milyard 713,3 milyon kubmetr qaz hasil edilib.*
N.Abbasova