“Rebuild Karabakh” - Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisində 17 ölkədən 279 şirkət iştirak edəcək. Bu barədə “Caspian Event Organisers LLC” şirkətinin layihə rəhbəri Rəşad Qədimov məlumat verib.
20-22 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində “Rebuild Karabakh” – Azərbaycan Beynəlxalq “Qarabağın Bərpa, Yenidənqurma və İnkişafı” sərgisi keçiriləcək.
20-23 oktyabr tarixlərində Bakı Ekspo Mərkəzində Xəzər İnşaat Həftəsi keçiriləcək.
R.Qədimov bu gün keçirilən mətbuat konfransında bildirib ki, sərgilərdə 17 ölkədən 279 şirkətin məhsulları nümayiş olunacaq. İştirakçıların yarısı xarici şirkətlərdir.
“Rebuild Karabakh” sərgisində 5 ölkə - Türkiyə, İsrail, Almaniya, Gürcüstan və Macarıstan milli pavilyonla təmsil olunacaq.*
E.Şəfiyev