Slovakiyanın xarici işlər və Avropa naziri İvan Korçak bu gün Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə baş tutmuş görüşünü şərh edib.
“Görüş üçün Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. İkitərəfli əməkdaşlığa dair məsələlərin geniş spektri müzakirə edildi”, - deyə Korçak Twitter hesabında yazıb.
O əlavə edib ki, Slovakiya dinc və çiçəklənən Cənubi Qafqazın olmasında maraqlıdır.*
E.Şəfiyev