Beynəlxalq Valyuta Fondu (BVF) 2021-2022-ci illərdə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının artacağını proqnozlaşdırır.
“İnterfaks-Azərbaycan” agentliyi BVF-nin proqnozlarına istinadən bildirir ki, bu ilin sonuna AMB-nin valyuta ehtiyatları $6,4 milyard (2019-cu ilin sonuna $6,3 milyard) təşkil edəcək.
Fondun qiymətləndirmələrinə görə, 2022-ci ildə Mərkəzi Bankın ehtiyatları $7,1 milyarda qədər artacaq.
İcmala əsasən, 2021-ci ilin sonuna AMB-nin ehtiyatları 4,5 aylıq, 2022-ci ildə isə 4,9 aylıq idxal xərclərini ödəməyə kifayət edəcək.
Sentyabrın 30-na AMB-nin valyuta ehtiyatları $7 milyard 33,8 milyon təşkil edir.*
A.Əzizov