Azərbaycan oktyabrın 19-da Rusiyanın vasitəçiliyi ilə 5 erməni hərbçini Ermənistana təhvil verib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Hərbçilərin təhvil verilməsi ilə bağlı danışıqlar Cənub Hərbi Dairəsi qoşunlarının komandan müavini general-leytenant Rüstəm Muradov və Qarabağdakı Rusiya sülhməramlı kontingentinin komandanı general-leytenant Gennadi Anaşkin tərəfindən aparılıb.
“Rusiya tərəfi silahlı münaqişənin dayandırılması haqqında üçtərəfli sazişin müddəalarının yerinə yetirilməsinin təmin edilməsi istiqamətində işi davam etdirəcək”, - deyə məlumatda qeyd olunur.*