2021-ci ilin yanvar-avqust aylarında Azərbaycana kondisioner idxalı 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 1,3% - 131,3 min ədədə qədər artıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə Dövlət Statistika Komitəsindən məlumat verilib.
Hesabat dövründə Azərbaycana gətirilmiş kondisionerlərin ümumi dəyəri $33 milyon 679,5 min məbləğində (artım 7,4%) qiymətləndirilir.
Yanvar-avqust aylarında Azərbaycana $81 milyon 478,3 min dəyərində (azalma 1,8%) 480,6 min ədəd (artım 19,7%) hesablama maşını, blok və qurğusu idxal olunub.
Bundan başqa, qeyd olunan dövrdə paltaryuyan maşınların idxalı 39,1% - 145,4 min ədədə qədər artıb. İdxalın ümumi dəyəri $31 milyon 254 min (artım 1,6 dəfə) təşkil edir.*
B.Rüstəmbəyov