Azərbaycan 2021-ci ilin yanvar-avqust aylarında 18 milyon 769,4 min ton neft ixrac edib ki, bu da 2020-ci ilin müvafiq dövrünün göstəricisindən 2,2% azdır. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə hökumətdən məlumat verilib.
Hesabat dövründə Azərbaycandan ixrac edilən neftin ümumi dəyəri $8 milyard 752 milyon 128,4 min (artım 54,8%) təşkil edib.
Cari ilin yanvar-avqust aylarında Azərbaycan 11 milyard 932,2 milyon kubmetr (artım 34,2%) qaz ixrac edib. Hesabat dövründə ixrac edilmiş qazın ümumi dəyəri $1 milyard 912 milyon 349,7 min (azalma 1,4%) təşkil edib.
2020-ci ildə Azərbaycan $8 milyard 520 milyon 478,8 min dəyərində 28 milyon 374,2 min ton neft, $2 milyard 763 milyon 457,9 min dəyərində 13 milyard 839,9 milyon kubmetr qaz ixrac edib.
Hazırda Azərbaycan qazı Türkiyə və Gürcüstana, eləcə də İtaliya, Yunanıstan və Bolqarıstan istehlakçıları üçün Avropaya ixrac edilir.*
N.Abbasova