Azərbaycanda koronavirus infeksiyasına 2303 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 507,857 minə çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2102 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 16 nəfər (ötən gün 15 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6809 nəfərə çatıb.
Virusa yoluxmuş 480,685 min nəfər (sutka ərzində +1010) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 20 min 363 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 12075 (ötən gün 12189 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 56,819 min test aparılıb.*
E.Şəfiyev