Oktyabrın 20-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilan rayonunda səfərdə olub. Bu barədə dövlət başçısının saytında məlumat verilib.
İ.Əliyev 110/35/10 kV-luq “Zəngilan” yarımstansiyasının açılışında və “Azərişıq” ASC-nin Zəngilan Rəqəmsal Yarımstansiyasının təməlqoyma mərasimində iştirak edib.
Bundan başqa, dövlət başçısı rayonun Ağalı kəndində həyata keçirilən “Ağıllı kənd” layihəsi çərçivəsində görülən işlərlə, Zəngilan Beynəlxalq Hava Limanının tikintisi ilə, Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub.*
B.Rüstəmbəyov