Milli Məclisin sədri Sahibə Qafarova oktyabrın 20-də Yunanıstana işgüzar səfərə gedib.
Parlamentin Mətbuat və İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, S.Qafarova oktyabrın 21-də Parlament Sədrlərinin Avropa Konfransında iştirak edəcək.
“Onun tədbirdə iştirak edəcək parlament sədrləri bir sıra görüşləri də nəzərdə tutulub”, - deyə məlumatda qeyd olunur.*
X.Nəsirzadə