Prezident İlham Əliyev zəngilanlıların Zəngilana qayıdacaqları vaxtı şərh edib.
“Azad edilmiş torpaqlarda birinci “ağıllı kənd” layihəsi məhz Zəngilan rayonunda həyata keçirilir. Artıq bəzi binalar hazırdır və çalışacağıq ki, gələn ilin əvvəli, bəlkə də bu ilin sonu zəngilanlıları Zəngilana köçürməyə başlayaq”, - deyə dövlət başçısı bu gün Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
O qeyd edib ki, şəhərin baş planı artıq hazırlanır. “Bir xarici şirkət müsabiqədə qalib gəldi və hesab edirəm ki, yaxın aylarda baş plan təqdim ediləcək”, - deyə prezident vurğulayıb.*
X.Nəsirzadə