Prezident İlham Əliyev bəyan edib ki, tezliklə Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək.
“Bilirsiniz ki, sovet vaxtında Zəngilanda hava limanı yox idi. Amma indi nəinki hava limanı, beynəlxalq hava limanı olacaq və Zəngilan ölkəmizin nəqliyyat logistika mərkəzinə çevriləcək”, - deyə dövlət başçısı bu gün Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə söyləyib.
O qeyd edib ki, hazırda Zəngilanda dəmir yolu, Horadiz-Ağbənd avtomobil yolu tikilir. “Zəngəzur dəhlizinin açılması ilə bağlı son hadisələr onu göstərir ki, istədiyimizə nail oluruq”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə