Prezident İlham Əliyev bildirib ki, Zəngilan rayonunda qanunsuz fəaliyyət göstərmiş xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verilib.
“Vejnəli qızıl yatağını ermənilər xarici şirkətlərlə birlikdə qanunsuz istismar edirdilər. O xarici şirkətlərin məhkəməyə verilməsi prosesinə start verdik”, - deyə dövlət başçısı bu gün Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
O qeyd edib ki, hazırda əsas vəzifələrdən biri də çayların təmizlənməsidir.
“Oxçuçay təbii fəlakət zonasıdır. Orada götürülən analizlər göstərir ki, zəhərli maddələrin həcmi bəlkə də normanı 10 dəfə, 20 dəfə üstələyir. Bu çayları da təmizləyəcəyik və burada dağ-mədən sənayesi inkişaf edəcək”, - deyə İ.Əliyev vurğulayıb.*
X.Nəsirzadə