“Yelo Bank” ASC 2021-ci ilin 9 ayı üzrə 11,4 milyon manat xalis mənfəət əldə edib. Bu barədə bankın İdarə Heyətinin sədri Anar Həsənov məlumat verib.
O əlavə edib ki, 2021-ci ilin yanvar-sentyabr aylarında bankın aktivləri 27% artaraq 496 milyon manata çatıb.
“Yelo Bank” Azərbaycanda 1994-cü ildən fəaliyyət göstərir. Bankın əsas səhmdarı “Topaz Investment” QSC-dir.*
X.Nəsirzadə