“Azərbaycan Dəmir Yolları” (ADY) QSC Goranboy rayonunu Kəlbəcərlə birləşdirən yeni dəmir yolu xətti inşa etməyi planlaşdırır.
“ADY-nin mütəxəssisləri işğaldan azad edilmiş ərazilərdə dəmir yolu xətlərinin inşası üçün yeni istiqamətlər araşdırır. Belə istiqamətlərdən biri də Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttidir”, - deyə ADY-dən “İnterfaks-Azərbaycan” agentliyinə bildiriblər.
Məlumata görə, dəmir yolunun ilkin konseptual layihəsi hazırlanıb.
“Dəliməmmədli-Kəlbəcər dəmir yolu xəttinin uzunluğu 88,8 kilometrdir. Bu birxətli dəmir yolu xətti üzrə 220-ə yaxın süni mühəndis qurğusunun layihələndirilməsi və tikintisi təklif edilir”, - deyə məlumatda bildirilir.
Tikinti işlərinin başlama tarixi açıqlanmayıb.*
N.Abbasova