Oktyabrın 20-də Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin Zəngilan rayonunda yerləşən hərbi hissə kompleksində yaradılan şəraitlə tanış olub. Bu barədə dövlət başçısının saytında dərc olunmuş məlumatda bildirilir.
Prezidentə məlumat verilib ki, Dövlət Sərhəd Xidmətinin Azərbaycan Respublikasının İran və Ermənistanla dövlət sərhədlərinin Zəngilan rayonu ərazisindən keçən hissələrinin mühafizəsini həyata keçirən yeni hərbi hissə kompleksi 15 hektar ərazini əhatə edir.
Dövlət başçısına hərbi hissənin xidməti istifadəsində olan zirehli döyüş maşınları, atıcı silahlar, qumbaraatanlar, iriçaplı pulemyotlar, zenit qurğuları və digər texniki vasitələr təqdim olunub.*
E.Şəfiyev