Prezident İlham Əliyev bəyan edib ki, Zəngilanın azad edilməsi Azərbaycan Ordusunun Qubadlıya, sonra isə Laçın dəhlizinə yolunu açdı.
“Şanlı Ordumuz düz bir il bundan əvvəl Azərbaycan bayrağını Zəngilanda qaldırdı və düşməni bu torpaqlardan qovdu. Zəngilan azad olunandan sonra artıq yolumuz Qubadlıya açıldı və beş gün sonra Qubadlı azad olundu, ondan sonra da Laçın dəhlizinə çıxdıq”, - deyə dövlət başçısı oktyabrın 20-də Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışı zamanı bildirib.
Prezident vurğulayıb ki, Laçın dəhlizinə çıxdıqda demək olar, düşmən də bildi ki, artıq müqavimət göstərməyin mənası qalmayıb.*
E.Şəfiyev