Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada inşaat işlərinə start veriləcək. Bunu Prezident İlham Əliyev deyib.
“Artıq turizm, kənd təsərrüfatı, nəqliyyat, logistika, ətraf mühitin qorunması və əlbəttə ki, insanlar üçün şəraitin yaradılması istiqamətində işlər görülür. İndi Ağalı kəndi inşa edilir, Zəngilan şəhərinin baş planı təsdiq olunandan sonra burada da inşaat işlərinə start verəcəyik. Zəngilan ölkə üzrə çox müasir və böyük əhəmiyyətə malik olan bölgəyə çevriləcək”, - deyə dövlət başçısı Zəngilan rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə bildirib.
O qeyd edib ki, Zəngilanda məscid də bərpa edilir.*
E.Şəfiyev