“Bank Respublika” 2021-ci ilin yanvar-sentyabr aylarında aktivlərini 15,5% - 1 milyard 194,327 milyon manata qədər artırıb. Bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə bankdan məlumat verilib.
Sentyabr ayının sonuna bankın kredit portfeli 624,589 milyon manata (artım 39,8%) bərabərdir. İstehlak kreditləri 117,793 milyon manat (artım 97,2%), biznes kreditləri 447,908 milyon manat (artım 34,6%) məbləğində qiymətləndirilir.
“Bank Respublika”nın öhdəlikləri 1 milyard 99,847 milyon manat (artım 15,4%), depozitlər 794,282 milyon manat (artım 15,2%), o cümlədən fiziki şəxslərin əmanətləri 381,132 milyon manat (artım 21,9%) təşkil edir.
Bankın kapitalı 94,481 milyon manata (artım 16,8%), nizamnamə kapitalı 73,461 milyon manata (dəyişməyib) bərabərdir.
2021-ci ilin yanvar-sentyabr aylarında fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 12 milyon 99,96 min manat (2020-ci ilin 9 ayı ilə müqayisədə artım 2,1 dəfə) təşkil edib.
“Bank Respublika” 1992-ci ildə yaradılıb və Azərbaycanın aparıcı banklarının beşliyinə daxildir. Bankın səhmdarları sırasında Almaniyanın ən iri maliyyə institutları - KfW bank qrupunun üzvü DEG İnvestisiya Korporasiyası və “Sparkassen-Finanzgruppe” maliyyə qrupunun üzvü SIDT təmsil olunur.*
A.Əzizov