Avropa İttifaqı (Aİ) Qarabağda silahlı münaqişə başa çatdıqdan sonra Cənubi Qafqaz ölkələrinə humanitar yardım məqsədilə 16,9 milyon avro vəsait ayırıb ki, bunun da 9,1 milyon avrosu Azərbaycanın payına düşür. Bunu Aİ-nin Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko bu gün jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Aİ və BMT İnkişaf Proqramı minatəmizləmə əməliyyatları üçün 2,5 milyon avro vəsait ayırıb.*
E.Şəfiyev