“Azərsu” SC Biləsuvar şəhərinin su təchizatı və kanalizasiya sisteminin yenidən qurulması işlərinin satın alınmasına 6,4 milyon manatdan artıq vəsait yönəldəcək.
“İnterfaks-Azərbaycan” agentliyinin www.tender.gov.az saytına istinadən verdiyi məlumata görə, “Azərsu” SC “Təmir Tikinti İstehsal” MMC ilə 6 milyon 495,292 min manatlıq müqavilə bağlayıb.
İşlər dövlət əsaslı vəsait qoyuluşu hesabına maliyyələşdiriləcək.*
B.Rüstəmbəyov