“Azərsu” ASC Kür-Araz ovalığında yerləşən və içməli su tələbatı Kür çayından təmin edilən yaşayış məntəqələrinin su təchizatının alternativ mənbələr hesabına təmin edilməsi məqsədilə Texniki-İqtisadi Əsaslandırmanı (TİƏ) hazırlayacaq şirkəti müəyyən edib.
www.tender.gov.az saytında dərc olunmuş məlumata görə, “Azərsu” “Geo-su group” MMC ilə müvafiq müqavilə bağlayıb.
Müqavilənin dəyəri 1 milyon 182,95 min manatdır.*
B.Rüstəmbəyov