Özbəkistan Mərkəzi Asiya regionunun o cümlədən Xəzər hövzəsinə də çıxış imkanına malik olan nəqliyyat mərkəzinə çevrilməsini istəyir. Bunu Özbəkistan xarici işlər nazirinin müavini Furkat Siddikov deyib.
“Biz regionumuzun Xəzərə də çıxışa malik olan nəqliyyat mərkəzinə çevrilməsini istəyirik”, - deyə Siddikov bu gün Daşkənddə keçirilən “Mərkəzi Asiyada mehriban qonşuluq münasibətlərinin qurulması, Özbəkistanın praqmatik xarici siyasəti” adlı platformada bildirib.
“İnterfaks-Azərbaycan” agentliyinin müxbirinin verdiyi məlumata görə, nazir müavni qeyd edib ki, Özbəkistan son illərdə qonşu ölkələrlə münasibətlərdə köklü dəyişikliklərə nail olub.
Onun sözlərinə görə, region ölkələri ilə ticarət dövriyyəsi 2 dəfə artıb, 2017-2021-ci illərdə 1500 birgə müəssisə (1991-2016-cı illərdə 375) yaradılıb.
Bununla yanaşı, Siddikov vurğulayıb ki, region ölkələri qarşısında yeni vəzifələr və çağırışlar durur.*
A.Əzizov