Azərbaycanda koronavirus infeksiyasına 2 min 315 yoluxma faktı qeydə alınıb, yoluxma hallarının ümumi sayı 514 min 289-a çatıb. Bu barədə Operativ Qərargahdan məlumat verilib.
Ötən gün 2 min 112 yoluxma faktı qeydə alınmışdı.
COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 22 nəfər (ötən gün 18 nəfər) vəfat edib. Ölənlərin ümumi sayı 6 min 869 nəfərə çatıb.
Virusa yoluxmuş 483 min 559 nəfər (sutka ərzində +981) müalicə olunaraq sağalıb.
Aktiv xəstə sayı 23 min 861 nəfərdir.
Son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 14 min 053 (ötən gün 12 min 568 test), hazırkı dövrədək isə ümumilikdə 5 milyon 095 min 973 test aparılıb.*
A.Salayeva