Azərbaycanda 4,3 milyondan çox şəxs koronavirus (COVID-19) əleyhinə iki mərhələ üzrə vaksinasiya olunub. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatında deyilir.
Oktyabrın 23-nə olan məlumata görə, 5 milyon 043,147 min nəfər birinci, 4 milyon 310,597 min nəfər ikinci mərhələ üzrə vaksinasiya olunub.
Vurulan vaksinlərin ümumi sayı 9 milyon 353,744 min təşkil edir.
2021-ci il sentyabrın 1-nə Azərbaycan əhalisinin sayı 10 milyon 145,081 min nəfərdir. Beləliklə, oktyabrın 23-nə əhalinin 42,5%-i tam vaksinasiya olunub.
Azərbaycanda vaksinasiya prosesinə 2021-ci il yanvarın 18-dən başlanılıb və könüllü xarakter daşıyır. Ölkədə vaksinasiyanın 2021-2022-ci illərdə mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.
Hazırda Azərbaycanda “CoronaVac”, “AstraZeneca”, “Sputnik V” və “Pfizer” peyvəndlərindən istifadə edilir.*
A.Salayeva