Azərbaycan prezidenti İlham Əliyev noyabrın 12-də İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşəcək. Bu barədə Türkiyənin Azərbaycandakı səfiri Cahid Bağçı məlumat verib.
“Dövlət başçılarımız bu il üçüncü dəfə sabah, oktyabrın 26-da Qarabağda, dördüncü dəfə isə noyabrn 12-də İstanbulda görüşəcəklər. Gözləyirik!”, - Bağçı özünün Twitter hesabında yazıb.
Əvvəl Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoəlu məlumat verib ki, noyabrın 12-də İstanbulda Türk Şurası Dövlət başçılarının VIII Zirvə görüşü keçiriləcək.
Türk Şurası 2009-cu ildə yaradılıb. Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyə TŞ-nin üzvləri, Macarıstan isə müşahidəçidir. **
E.Şəfiyev