"VTB Bank (Azerbaijan)” ASC 2021-ci ilin 9 aytı ərzində aktivlərini 10% - 206 milyon 151,89 min manata qədər artırıb.
Məlumata görə, hesabat dövründə bankın kredit portfeli 16,9% - 147,175 milyon manatadək artıb. Bankın istehlak kreditləri üzrə portfeli 42,773 milyon manat (artım iki dəfə), biznes kreditləri üzrə portfeli – 76,415 milyon manat (azalma 7,2%) təşkil edib.
Hesabat dövrünün sonuna bankın öhdəlikləri 137 milyon 775,44 min manat (artım 11,6%), depozit portfeli 86 milyon 538,77 min manat (artım 14,9%), o cümlədən fiziki şəxslərin əmanətləri 45 milyon 918,65 min manat təşkil edir (artım 17,2%).
Sentyabrın əvvəlinə bankın kapitalı 68 milyon 376,44 min manat (artım 6,96%), nizamnamə kapitalı 315,815 milyon manat (dəyişməyib) təşkil edib.
Cari ilin 9 ayı ərzində fəaliyyətinin yekunları üzrə bankın xalis mənfəəti 3 milyon 920,52 min manat təşkil edib (artım 51,7%).
2008-ci ilin noyabr ayında Azərbaycan Mərkəzi Bankı Rusiyanın “Vneştorqbank”ı (VTB) tərəfindən “AF-Bank”ın səhmlərinin 51%-nin əldə olunmasına dair sövdələşməni təsdiq edib. Bankın səhmdarlarının strukturunda səhmlərin 99,99%-i “Bank VTB” PSC-yə, 0,01%-i fiziki şəxsə məxsusdur.**
X.Nəsirzadə